31.03.2023
31 Mart 2023-cü il tarixində Tovuz Tarix-Diyarşünaslıq Muzeyində Tovuz rayon Müşviq Əliyev adına Yuxarı Öysüzlü kənd tam orta məktəb şagirdlərinin birgə iştirakı ilə 31 Mart - Azərbaycanlıların Soyqırım Günü günü ilə əlaqədar olaraq "Mart qətliamı" adlı tədbir keçirilib.
Muzey əməkdaşları 31 Mart soyqırımı ilə bağlı şagirdlərə məlumat veriblər. Qeyd edilib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.
Daha sonra məktəblilər Muzeydə qorunub, saxlanılan və qədim tarixi özündə əks etdirən mədəni irs nümunələri ilə yaxından tanış olublar.