Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixin bir günü və ya bir günün tarixi”

31.03.2023

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Tarixin bir günü və ya bir günün tarixi” başlıqlı konfrans keçirilib. Məktəbin müəllim və şagird kollektivi ilə yanaşı Düz Qırıqlı kənd Körpələr evinin direktoru Afət Cəfərovanın və əməkdaşlarının, uzun illər Tovuz rayon Düz Qırıqlı kənd İƏD üzrə YAP-ın sədri vəzifəsində çalışmış Arif Əsgərovun iştirak etdiyi tədbirdə ilk öncə soyqırım qurbanlarının xatirəsi anılıb.

Məktəbin direktoru Xəyal Nağıyev, o cümlədən, Afət Cəfərova, Arif Əsgərov, müəllimlər Sevda Məmmədova, Arifə Umudova mövzu ətrafında çıxışlar edərək, xalqımızın başına gətirilən müsibətlərdən, mənfur düşmənin təcavüzündən, soyqırım gününün qeyd olunması ilə bağlı Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamdan, həmçinin, 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmən üzərində qazanılan tarixi qələbədən danışıblar. Çıxış edənlər bu kimi tədbirlərdə tarixi həqiqətlərin ölkənin gələcəyi olan uşaqlara çatdırılmasının vacibliyini vurğulayıblar.

Tədbirin sonunda şagirdlərin şeir ifaları dinlənilib.