Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirildi

17.03.2023

Tovuzda qədim tarixə və zəngin adətlərə malik Novruz bayramı qeyd olundu

Tovuzun Heydər Əliyev meydanında Novruz bayramı qeyd olunub. 

 Bahar qızı, Kosa və Keçəl faytonda şəhər gəzintisi həyata keçirdikdən sonra meydana daxil olaraq tədbir iştirakçılarını salamlayıblar. 

Meydanın mərkəzində quraşdırılmış bayram tonqalı qalanıb, idmançıların ifasında tamaşalar nümayiş etdirilib, milli oyunlar, Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət “Novruz” sərgisi iştirakçılara təqdim olunub.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri meydanda sərgilənən Novruz adət-ənənələri ilə tanış olub, şəhid ailələrini, qaziləri və rayon sakinlərini bayram münasibətilə təbrik ediblər.

Tədbirdə RİH başçısı Məmməd Məmmədov çıxış edərək tovuzluları və qonaqları bayram münasibətilə təbrik edib.

Tədbirin bədii hissə ilə davam etdirilib. Musiqiçilər tərəfindən zövq oxşayan musiqi nömrələri, şeirlər, rəqslər və bir-birindən maraqlı Novruz səhnəcikləri, xüsusi zövqlə bəzədilmiş sərgilər tədbiri daha da rəngarəng edərək iştirakçılara xoş əhval-ruhiyyə bəxş edib.