Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Novruz şənliyi keçirildi

18.03.2023

Qazax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramına həsr edilmiş "Bənövşə ətirli ulu Novruzum" adlı ümumrayon tədbiri keçirilib. 

Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov, rayon aparat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət, digər müəssisə, təşkilatların nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər. 

Tədbirdə mədəniyyət işçiləri milli və qədim adət-ənənələri özündə əks etdirən Novruz süfrələrini, xonçalarını, təamlarını və qədim məişət əşyalarını, əl işlərini sərgiləyiblər.

 Rayon İcra Hakimiyyətinin Başçısını və qonaqları milli geyimli qızlar qarşılayıblar. Qonaqlar sərgilərə baxış keçirdikdən sonra cənab Rəcəb Babaşov rayon əhalisini və xalqımızı təbrik edərək Şəhid ailələri ilə birgə Novruz tonqalını alovlandırıblar. 

Novruzun simvolu olan Kosa və Keçəlin əyləncəli, maraqlı çıxışları tədbirə xüsusi rəng qatıb. 

Sonra tədbir Qazax rayonunun mədəniyyət və incəsənət ustalarının ifasında şən və şux musiqi nömrələri ilə davam etdirilib.