Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dəli könül, gəl əylənmə qürbətdə”

17.03.2023

17 mart 2023-cü il tarixində Qazax M.P. Vaqif və M.V. Vidadinin Xatirə Muzeyinin əməkdaşları M.V.Vidadinin doğum günü ilə əlaqədar şairin dəfn olunduğu Birinci Şıxlı kəndində qəbirüstü abidəsini ziyarət ediblər.

Daha sonra muzeydə "Dəli könül, gəl əylənmə qürbətdə" adlı tədbir keçirilib.Tədbirdə Muzeyin direktoru Məhruzə Hüseynova görkəmli söz ustası M.V.Vidadi yaradıcılığından, onun ədəbiyyatımıza bəxş etdiyi zəngin şeirlərindən söz açıb və qeyd edib ki, XVIII əsr Azərbaycan şerinin görkəmli nümayəndələrindən biri olan Vidadinin yaşca özündən cavan olan böyük müasiri və dostu Molla Pənah Vaqiflə bərabər şerimizin sadə xalq dilinə yaxınlaşmasında, realist boyalarla zənginləşməsində önəmli xidmətləri olub.