25.03.2023
25 mart 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Güləmail Murad, Ağstafa rayon İcra hakimiyyətinin əməkdaşı Vüqar Həsənov, Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin: Tahir Çingiz oğlu Əliyev, Eşqin Nəsib oğlu Omarov və Seyfəddin Mahmud oğlu Muradovun ailələrini ziyarət ediblər.
Görüşlərdə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirilib.
Şəhidlərimizin döyüş yolundan söz açan valideynlər isə övladlarının qəhrəmanlıqlarından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini dilə gətirərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğından, bu istiqamətdə qəbul etdiyi qərarlardan və verilən tapşırıqlardan razı qaldıqlarını bildiriblər.