16.03.2023
16 mart 2023-cü il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında Novruz Bayramı münasibətilə rəsm dərnək şagirdlərinin əl işlərindən ibarət “Novruz sevincləri” başlıqlı rəsm sərgisi keçirilib. Sərgidə Ağstafa şəhər 1 saylı orta məktəb şagirdləri iştirak ediblər. Sərgi şagirdlər tərəfindən maraqla qarşılanıb.