16.03.2023
Martın 16-da Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin yerləşdiyi inzibati binada Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Tovuz rayon Dövlət Yanğından Müdafiə Hissəsinin əməkdaşları Mərkəzi kitabxananın xidməti heyəti ilə yanğın təhlükəsizliyi sahəsində təbliğat xarakterli söhbət aparıblar.
Tədbirin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması, belə hallarda işçilərin davranış qaydaları, vəzifələri, profilaktik tədbirlərin təşkil edilməsi, işçilərin təhlükəsizliyinin təmin edilməsi və maddi texniki təminatlardan istifadə qaydaları haqqında maarifləndirmə xarakterli məlumat vermək olub.