10.03.2023
10 mart 2023-cü il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzində Heydər Əliyev ili çərçivəsində "Milli mədəniyyətimizdə Heydər Əliyev idealogiyası" mövzusunda tədbir keçirilib. Tədbirdə Ağstafa rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, mədəniyyət müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Ümummilli lider Heydər Əliyevin milli mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan söhbət açılıb. Musiqimizin, teatrmızın, kino sənətimizin, heykəltəraşlıq və rəssamlıq, o cümlədən xalça sənətimizin bugünki inkişafının məhz Ulu Öndərin adı ilə bağlı olduğu xüsusi vurğulanıb.
Daha sonra "Heydər Əliyev və .ədəniyyətimiz" mövzusunda videoreportaj təqdim olunub. Tədbirin bədii hissəsində Ağstafa rayon Uşaq Musiqi Məktəbinin kollektivi geniş konsert proqramı ilə çıxış edərək Ümummilli lider Heydər Əliyevin sevdiyi mahnıları canlı ifa ediblər