07.03.2023
Martın 7-də Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Adın şərəflidir sənin, ey qadın!” başlıqlı tədbir keçirilib. Məktəbin direktoru Xəyal Nağıyev, o cümlədən digər kişi müəllimlər kollektivin xanım üzvlərini təbrik edərək onlara pedoqoji fəaliyyətində uğurlar arzulayıb, Azərbaycan qadınının ülviliyindən, zərifliyindən, cəmiyyətdə qadının əsaslı rolundan danışıblar.
Tədbirdə kollektivin bütün xanım əməkdaşları hədiyyələrlə təltif olunublar.