07.03.2023
7 Mart 2023-cü il tarixində Tovuz Tarix-Diyarşünaslıq Muzeyində 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı olaraq "Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir" mövzusunda dəyirmi masa keçirilib.
Tədbir zamanı çıxış edən muzeyin bələdçisi Səməndərov Yasin əməkdaşlara öz təbrikini çatdırdı. Çıxışında qadınların daim diqqət mərkəzində olmalarının vacibliyini qeyd etdi. Qadınların günümüzün bəzəyi, vətənimizi yağı düşmənlərdən azad edən və qoruyan igidlərin anaları, cəmiyyətin özəl və füsünkar özəyi olduqlarını qeyd etdi. Azərbaycan tarixində daim idarəetmə qabiliyyəti yüksək olan, böyük şücaətlər göstərmiş qadınlarımızın olduğu diqqətə çatdırıldı.