07.03.2023
Martın 7-də Qazax M.P. Vaqif və M.V. Vidadinin Xatirə Muzeyi və Qazax Tarix-Diyarşunaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Dünya qadınlarla daha gözəldir" adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 8 mart Beynəlxalq Qadınlar Günü qadınların iqtisadi, siyasi, mədəni və ictimai hüquq bərabərliyi uğrunda mübarizəsini, habelə qadınlara nəzakət, sevgi və məhəbbəti tərənnüm edən bayramdır. Dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü böyük sevinc və fərəh hissi ilə qeyd olunur.