06.03.2023
6 mart 2023-cü il tarixində Qazax rayon Mədəniyyət Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin dəstəyi və mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Ana müqəddəsdir" adlı bayram tədbiri keçirilib.
İlk öncə Vətən Müharibəsi Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxışlar zamanı Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edilib, onlara xoş və firavan həyat, səadət və gələcək işlərində uğurlar arzulanıb.
Tədbirdə mədəniyyət sahəsində fəaliyyətində fərqlənən xanımlar 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə MİHİ Qazax rayon komitəsinin Fəxri Fərmanı ilə təltif edilib.
Tədbirin davamında Qazax rayon Ürkməzli kənd sənətkarlıq evinin müdiri, şairə G. Cəlilli analara həsr etdiyi şerini səsləndirib.
Tədbir çay süfrəsi arxasında musiqi sədaları ilə davam etdirilib.