07.03.2023
Martın 7-də Tovuz rayon Aşıq Ə. Cəfərov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Abulbəyli kənd folklor evində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Qadın gülərsə, dünya gülər" adlı tədbir keçirilib.
Ağstafa RMİ-nin Tovuz rayon üzrə nümayəndəsi Adil Həsənov və Mərkəzin direktoru Asif Qasımov çıxış edərək bu gün münasibəti ilə bütün qadınları təbrik edib, xoş arzularını çatdırıblar.
Tədbirin davamında Tovuz rayon MİHİ-nin dəstəyi ilə fəaliyyətində fərqlənən mədəniyyət işçisi olan xanımlar fəxri fərmanla təltif olunub.