02.03.2023
3 mart 2023-cü il tarixində Qazax rayon Heydər Əliyev Mərkəzinin və “Gəncliyin Təşəbbüsü Maarifləndirmə İctimai Birliyinin” birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan idmanı” mövzusunda disskusiya klubu təşkil edilib. Görüşdə “Gəncliyin Təşəbbüsü Maarifləndirmə İctimai Birliyinin” sədri, əməkdar məşqçi Azər Əliyev, fəal gənclər və Mərkəzin əməkdaşları iştirak edib.
İlk olaraq “Heydər Əliyev və Azərbaycan idmanı” başlıqlı videoçarx nümayiş etdirilib.
Sonra Mərkəzin direktoru Ceyhunə Hüseynova və “Gəncliyin Təşəbbüsü Maarifləndirmə İctimai Birliyinin” sədri, əməkdar məşqçi Azər Əliyev Ulu öndər Heydər Əliyevin adı və imzası ilə bağlı olan XX əsr Azərbaycan idmanının inkişaf mərhələləri, idmanın kütləviliyinin təmin olunmasının vacibliyi, idmanın maddi-texniki bazasının yaxşılaşdırılması, idman komplekslərinin, zalların, meydançaların , böyük idman sağlamlıq mərkəzlərinin yaradılması istiqamətində dahi şəxsiyyət Heydər Əliyevin şəxsən təşəbbüsündən və böyük əməyindən geniş söhbət açıblar.
Tədbirin davamında disskusiya formasında görüş davam edib. Gənclərin fikirləri dinlənilib, asudə vaxtlarının səmərəli keçirilməsi üçün təklifləri ətrafında müzakirələr aparılıb, gənclərə sağlam həyat tərzi və pis vərdişlərdən uzaq olmaları tövsiyə edilib.