01.03.2023
1 mart 2023-cü il tarixində Ağstafa rayon mədəniyyət müəssisələrində Fövqaladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzin məsul şəxsləri Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Fövqaladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri həyata keçiriblər. Mərkəzin məsul şəxsi çıxış edərək bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının 1972-ci il qərarına əsasən hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edilir. Azərbaycan 1993-cü ildən bu beynəlxalq təşkilatın üzvüdür. Tədbir çərçivəsində mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri kompleksində rolu, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı təlimatlar verildi. Mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərin təbliğinə yönəlmiş müxtəlif tədbirlərin əsas məqsədi əməkdaşların yarana biləcək fövqəladə hallara hazır olmasını təmin etməkdir. Yanğınsöndürmə balonlarından istifadə qaydalı gənc əməkdaşlara izah olundu.
Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru əməkdaşları təlimatlandırdığı üçün Fövqaladə Hallar İdarəsinin əməkdaşına minnətdarlığını bildirib