01.03.2023
1 Mart 2023-cü il tarixdə E.Hüseynov adına Mərkəzi kitabxana Mədəniyyət Mərkəzi ilə birlikdə 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki müdafiə - həyat fəaliyyətinin təhlükəsizliyi” adlı dəyirmi masa keçirib. Tədbirdə Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Dövlət Nəzarət İdarəsi Dövlət Yanğın Nəzarəti şöbəsinin inspektoru Arzuman Həsənov iştirak edib. Tədbir iştirakçılarını Ümumdünya Mülki Müdafiə Təşkilatının yaranma tarixi, Azərbaycan Respublikasının üzv olaraq təşkilatda iştirakı, fövqəladə hallar, xüsusilə zəlzələ, istehsalat qəzaları, təbii fəlakət zamanı əhalinin hazırlığının təmin edilməsi, mühafizə qurğularında daldalandırılması, az təhlükəli yaşayış məntəqələrində yerləşdirilməsi haqqında ətraflı məlumatlandırıb.
Davamı olaraq, Mərkəzi kitabxananın oxu zalında 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş sərgi ətrafında Əməkdaş Arzuman Həsənovun iştirakı ilə oxucularla “Mülki müdafiə - həyat fəaliyyətinin təhlükəsizliyi” mövzusunda söhbət keçirilib, söhbət zamanı əhalinin mühafizəsi, mühafizənin əsas üsul və vasitələrinin öyrədilməsi qaydaları, fərdi mühafizə haqqında ətraflı təlimatlar verilib.
Həmçinin, Uşaq şöbəsində “Fövqəladə hadisələr uşaqların gözü ilə” adlı maarifləndirici tədbir keçirilib.