Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu”

01.03.2023

1 mart 2023-cü il tarixində Qazax rayon Heydər Əliyev Mərkəzində 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti Şöbəsinin inspektorları, daxili xidmət kapitanları Arzuman Həsənov və Orxan İbrahimov, Mərkəzin əməkdaşları iştirak etdilər. Tədbiri Mərkəzin direktoru Ceyhunə Hüseynova açdı və Ümumdünya Mülki Müdafiə Günü və BMM- nün builki mövzusu haqqında məlumat verdi və bildirdi ki, Mülki Müdafiə dinc dövrdə və müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. 1972- ci il martın 1- dən Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə təsis edilən bu gün hər il konkret bir problemə həsr edilir. Azərbaycan da 1993- cü ildən bu təşkilatın üzvlüyünə qəbul olunduğu üçün hər il ölkəmizdə bu istiqamətdə bir sıra maarifləndirici tədbirlər keçirilir. Mərkəzdə təşkil edilən bu tədbir il ərzində aparılan maarifləndirmə işlərinin bir hissəsidir.  

Sonra Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti Şöbəsinin inspektorları, daxili xidmət kapitanları Arzuman Həsənov və Orxan İbrahimov məlumatlandırma xarakterli çıxış etdilər və bildirdilər ki, cəmiyyətin elə bir sahəsi yoxdur ki, orda riskli hallara rast gəlinməsin. Risk- arzu olunmayan təhlükə və ya itki olub, müasir dövrümüzdə insan fəaliyyətinin bütün sahələrini əhatə edə bilər. Bu gün müxtəlif risklərin yaranması gözlənilməz mənfi nəticələrə gətirib çıxardığından bütün normativ qaydalara və təhlükəsizlik tədbirlərinə əməl edilməli, baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün lazımi qabaqlayıcı tədbirləri yerinə yetirilməlidir. Eyni zamanda Arzuman Həsənov və Orxan İbrahimov əməkdaşlara yanğın təhlükəsi zamanı, baş verə biləcək bütün fövqəladə vəziyyət hallarında yerinə yetirməli olduqları vəzifələr haqqında təlimatlandırdılar və bəzi tövsiyələrini verdilər.