Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xocalıda sönən çıraqlar”

23.02.2023

23 fevral 2023-cü il tarixində E. Məmmədov adına Tovuz şəhər tam orta məktəbində Tovuz rayon Mərkəzi Kitabxanasının və E. Məmmədov adına Tovuz şəhər tam orta məktəbinin birgə təşkilatçılığı ilə 26 fevral - Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar "Xocalıda sönən çıraqlar" mövzusunda anım tədbiri təşkil edilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc azərbaycanlı əhaliyə qarşı soyqırım aktı törətmişdir. Bir neçə saat ərzində 613 soydaşımız (qadın və uşaqlar da olmaqla) xüsusi amansızlıqla qətlə yetirilmiş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. 

Sonra məktəb şagirdləri Xocalı Soyqırımına həsr olunmuş şeirlər səsləndiriblər.

Tədbirin sonunda şagirdlər kitabxana əməkdaşları tərəfindən təşkil olunmuş "Xocalı-31" başlığında kitab sərgisi ilə tanış olublar.