Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bəşəriyyətə qarşı yönəldilmiş ən qəddar soyqırım - Xocalı faciəsi”

23.02.2023

23 fevral 2023-cü il tarixində Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində Adil Qasımov adına şəhər tam orta məktəbinin müəllim və şagirdlərinin, Abulbəyli kənd kitabxana filialının iştirakı ilə 26 Fevral - Xocalı faciəsi ilə əlaqədar "Bəşəriyyətə qarşı yönəldilmiş ən qəddar soyqırım - Xocalı faciəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə iştirak edənlər həmin gecədən bəhs edərək, şagirdləri məlumatlandırıblar. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldıqlarını, Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdiklərini, çoxsaylı ağır texnika ilə şəhərin tamamilə dağıdıldığını və yandırıldığını, insanlarin isə xüsusi qəddarlıqla qətlə yetirildiyini qeyd ediblər.

Sonda şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndiriblər.