Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qan yaddaşımız Xocalı” adlı tədbir keçirildi

25.02.2023

24 fevral 2023-cü il tarixində Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində 26 fevral - Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş "Qan yaddaşımız Xocalı" adlı tədbir keçirilib.

 Tədbirdə Qazax şəhər 1 saylı orta məktəbin şagirdləri iştirak ediblər. Tədbirdə muzeyin əməkdaşları öz çıxışlarında qeyd edib ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. 

Sonda şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyiblər.