Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsi anıldı

24.02.2023

Tovuz rayon Aşıq Ə. Cəfərov adına Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

 Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Ağstafa Regional Mədəniyyət Mərkəzinin rəisi Nurəddin Mehdiyev, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları mərkəzin foyesində Xocalı faciəsinə həsr olunmuş rəsm və kitab sərgisi ilə tanış olublar.

Anım tədbirində Xocalı soyqırımı qurbanlarının, canlarını Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib    

Tovuz rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrının hazırladığı “Xocalı - sağalmaz yaram” adlı ədəbi-bədii kompazisiya tədbir iştirakçılarına təqdim olunub.

Sonda əsrin faciəsininin reallıqlarını əks etdirən “Xocalı - bir millətin kədəri” adlı film nümayiş olunub.