Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi

24.02.2023

24 fevral 2023-cü il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində Qazax rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Unutmayın" adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində təşkil edilmiş Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin Xocalı soyqırımını əks etdirən rəsmlərindən ibarət sərgiyə və Mərkəzi Kitabxananın Xocalı həqiqətlərinə həsr olunmuş kitab sərgisinə baxış keçiriblər. 

Sonra tədbir Mədəniyyət Mərkəzinin böyük zalında davam etdirilib.  

Tədbir Xocalı soyqırımı qurbanlarının və Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. 

Tədbirdə çıxış edən Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov qeyd edib ki, Qarabağ münaqişəsinin ən faciəli hadisəsi Xocalıda törədilən soyqırımdır. Xocalı soyqırımı heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək. Bu soyqırım təkcə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Vəhşi erməni vandalları Xocalı adlı bir yurdu yer üzündən sildilər. Tarix bu dəhşəti heç vaxt unutmayacaq. 

Sonra tədbirdə Qazax şəhər 1 və 2 nömrəli Uşaq Musiqi məktəblərinin şagirdlərinin və Mədəniyyət Mərkəzinin "Göyəzən " ansamblının üzvlərinin ifasında Xocalıya, Azərbaycana həsr olunmuş həzin musiqilər səsləndirilib. Qazax şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin hazladığı Xocalı qətliamına həsr olunmuş səhnəcik nümayiş olunub. 

Daha sonra "Xocalı-bir millətin kədəri" adlı film nümayiş olunub.