21.02.2023
21 fevral 2023-cü il tarixində Ağstafa rayon Mərkəzi Kitabxanasının əməkdaşları Ağstafa şəhər 1 saylı tam orta məktəb şagirdlərinə Ana Dili Günü münasibətilə “Əsrlərin yadigarı - Ana dilim” adlı məruzə ilə çıxış ediblər.
Kitabxananın əməkdaşı Qönçə Hüseynova çıxış edərək, fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salıb. Bildirilib ki, ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
Sonda məktəblilər Bəxtiyar Vahabzadənin “Mənim ana dilim” şerini səsləndiriblər.