20.02.2023
20 fevral 2023-cü il tarixində A.Qasımov adına Tovuz şəhər tam orta məktəbində Tovuz rayon Mərkəzi Kitabxanası, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi və A.Qasımov adına Tovuz şəhər tam orta məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə əlaqədar "Müstəqil Azərbaycanın qurucusu" mövzusunda tədbir təşkil olunub.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş kitablardan ibarət sərgiyə baxış olub.
Sonra tədbirdə çıxış edənlər dünya səviyyəli siyasətçi və dövlət xadimi, Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə gördüyü böyük və əvəzolunmaz fəaliyyətindən bəhs ediblər.
Sonda şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər və musiqi parçaları ilə tədbirə xüsusi rəng qatıblar.