Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Kitab Bağışlama Günü qeyd edildi

14.02.2023

14 fevral 2023-cü il tarixində Ağstafa rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar olaraq “Kitab tutan əllər” mövzusunda tədbir keçirilib.

Tədbirdə oxuculara mütaliə mədəniyyətinin formalaşmasında kitabın rolundan, gələcək nəsillərin dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib məsələ olmasından bəhs edilib.

Qeyd edək ki, bu günün keçirilməsində əsas məqsəd gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxucuların mütaliəsinə düzgün yanaşmaq, məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltmək, uşaqlara kitab bağışlamağın və onlarda kitaba məhəbbət yaratmağın müqəddəs bir vəzifə olduğunu aşılamaqdır.