Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Elnur Həsənovun ailəsi ziyarət olundu

08.02.2023

8 fevral 2023-cü il tarixində Ağstafa rayon Hüseyn Arif Ev Muzeyi və Ağstafa Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları rəşadətli Ordumuzun hər bir üzvü kimi məkrli düşmənə qarşı mərdliklə döyüşən, qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Elnur Həsənovun ailəsini ziyarət ediblər.

Görüşdə şəhid Elnur Həsənovun keçdiyi döyüş yolu xatırlanıb, Ali Baş Komandanın rəhbərliyi ilə qalib Ordumuz tərəfindən yazılmış şanlı Zəfər tarixinə nəzər salınıb. Şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb. 

Qeyd edək ki, Elnur Həsənov 1992-ci il sentyabrın 15-də Ağstafa şəhərində anadan olub. O, Vətən müharibəsində Füzuli, Laçın və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Noyabrın 8-də Şuşa şəhərinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə şəhadətə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.