07.02.2023
7 fevral 2023-cü il tarixdə E. Hüseynov adına Mərkəzi kitabxana oxu zalında Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun anadan olmasının 35 illiyi və Qazax elinin Şəhidlərinə həsr olunmuş “Öncə Vətən deyənlər!” adlı videoçarx nümayiş etdirib. Tədbirdə bir qrup tələbə, fəal oxucular və kitabxana əməkdaşları iştirak edib. ÖncəVətən uğrunda canından keçən Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. “Qazax elinin Şəhidləri: Öncə Vətən deyənlər!” başlıqlı videoçarxda Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun, II Qarabağ müharibəsi Şəhidi Qurbanov Davud Tariyel oğlunun, Abdullayev Taleh Temuraz oğlunun torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda rəşadətlə döyüşərək qəhrəmancasına həlak olmasından və keçdiyi şərəfli həyat yolundan bəhs olunub. Videoçarxda özündən sonrakı gənclərə örnək olan mənalı həyat tarixçələrini canlandıran anlar nümayiş olunub.