07.02.2023
Fevralın 7-də Tovuz rayon Mərkəzi Kitabxanasının əməkdaşları A.Qasımov adına Tovuz şəhər tam orta məktəbin şagird və müəllimləri ilə birlikdə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda böyük igidlik göstərərək, qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 35 illiyinə həsr olunmuş "Xalqın Mübarizi" mövzusunda dəyirmi masa təşkil ediblər.
Tədbirdə ilk öncə Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Milli Qəhrəman Mübariz İbrahimovun qısa həyatından və şərəfli döyüş yolundan bəhs ediblər və bildiriblər ki, Mübariz İbrahimov 18 iyun 2010-cu ildə gecə saatlarında Tərtərin Çaylı kəndi istiqamətində təmas xəttini keçərək təkbaşına düşmən üzərinə getmiş, 5 saat döyüşmüş, düşmənin 150-dən artıq əsgər və zabitin məhv etmiş, sübh çağı özüdə qəhrəmancasına şəhid olmuşdur.
Tədbirin sonunda məktəblilər Mübariz İbrahimova həsr olunmuş şeirlər səsləndiriblər.