02.02.2023
2 fevral 2023-cü il tarixində Tovuz Dövlət Rəsm Qalereyasında 2 Fevral - Gənclər Gününə həsr olunmuş "Gənclərimiz qürurumuzdur" adlı, rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi keçirildi. Sərgidə qalereyanın əməkdaşları və dərnək üzvləri iştirak etdilər. Sərgidə çıxış edən qalereyanın ekskursiyaçısı Xatirə Namazova ölkənin iqtisadi, siyasi və mədəni inkişafında gənclərin rolundan danışdı. Sonra dərnək üzvlərinin əl işləri nümayiş etdirildi. Dərnək üzvləri çəkdikləri rəsmlər haqqında sərgi iştirakçılarına məlumat verdilər.