Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət Mərkəzində “Gənclər gələcəyimizdir” adlı tədbir təşkil edildi

02.02.2023

2 fevral 2023-cü il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzində  Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı  Ağstafa rayon Komitəsinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə “Gənclər gələcəyimizdir” adlı tədbir təşkil edilib. 

İlk olaraq torpaqlarımızın azadlığı uğrunda əziz canlarından keçmiş Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Tədbirdə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini m.i.ə.e. Xuraman Əzimova, MİHİ Ağstafa rayon Komitəsinin sədri Zahid Sultanov çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik edərək əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiribləe. Vətən müharibəsində Azərbaycan gənclərinin yüksək vətənpərvərlik ruhundan, Vətən müharibəsində qazandığımız parlaq qələbədə gənclərin rolundan danışaraq ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayaraq onların cəmiyyətimizin fəal qurucularına çevrildiyini diqqətə çatdırdılar.

 Tədbirin davamında fəaliyyətində fərqləndiyinə görə bir qrup gənc Mədəniyyət Mərkəzi və MİHİ Ağstafa rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif olunub.