01.02.2023
1 Fevral 2023-cü il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzinin, YAP Tovuz rayon təşkilatının və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə 2 fevral Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” mövzusunda tədbir təşkil edilib.
Tədbir iştirakçıları ilk öncə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükütla yad etdilər.
Tədbirdə çıxış edənlər bildirdilər ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Sonda YAP-nın Tovuz rayon təşkilatı tərəfindən fəal gənclər təltif edilib.