01.02.2023
1 Fevral 2023-cü il tarixində Tovuz Tarix-Diyarşünaslıq Muzeyində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən muzeylərdə “açıq qapı” günü ilə əlaqədar 1-2 fevral tarixində muzeyə gənclər tərəfindən ekskursiyalar təşkil olunub.
Gənclər ekspozisiyada yerləşdirilən əşyalar, tarixi məlumatları özündə əks etdirən eksponatlar haqqında faydalı məlumatlar əldə ediblər.
Muzey əməkdaşları gəncləri təbrik edərək gəncliyin kifayət qədər faydalı və səmərəli istifadə olunması, sağlam gələcəyimizin özəyi olmasını qeyd ediblər