01.02.2023
1 Fevral 2023-cü il tarixində Tovuz rayon Aşıq Ə. Cəfərov adına Mədəniyyət Mərkəzinin kollektivi 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Tovuzda yerləşən "N" saylı hərbi hissədə "Vətən sizlərə əmanət" adlı konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə əsgərlərimizin timsalında bütün gənclər Azərbaycan gəncləri günü münasibətilə təbrik edib, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbir bayram konserti ilə davam etdirilib.