Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Gəncləri Günü münasibətilə Ağstafada ümumrayon tədbiri keçirildi

01.02.2023

Ağstafada 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Dövlət gənclər siyasəti” mövzusunda zona gənclərinin toplantısı keçirilib.

 

Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, digər rayonları təmsil edən nümayəndələr və fəal gənclər iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin önündə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə dərin hörmət və ehtiramla yad ediblər.

Sonra Mərkəzin böyük akt zalında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantıda RİH başçısı Seymur Orucov və digər natiqlər geniş məruzələrlə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Vətəni və xalqının əminəmanlığı naminə misilsiz xidmətləri, ölməz ideyaları, milli inkişaf strategiyasından geniş bəhs ediblər. 

Seymur Orucov rayonun ictimai-siyasi həyatında fərqləndiklərinə görə bir qrup gənci Ağstafa RİH-in fəxri fərmanları ilə təltif edib, həmçinin növbəti könüllü təlimlərini müvəffəqqiyyətlə başa vuran daha dörd nəfər gəncə müvafiq sertifikatlar verib.

Tədbir yerli mədəniyyət nümayəndələrinin təqdim etdikləri konsert proqramı ilə davam etdirilib.