Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” mövzusunda tədbir keçirildi

30.01.2023

Tədbirdə çıxışlar zamanı 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir iştirakçıları təbrik edilib, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan söhbət açılıb. Gənc nəslin sağlam, vətənpərvər ruhda böyüməsinin ölkəmizdə prioritet sahələrdən olduğu, dövlət gənclər siyasətinin banisi Ümummilli Lider Heydər Əliyevin daim bu məsələni öz diqqətində saxladığı bildirilib, dahi rəhbərin bununla bağlı imzaladığı fərman və sərəncamlardan, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, 2022-ci ildə gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən bəhs olunub.