Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkomaniyaya qarşı mübarizə sağlamlığa təminatdır” başlıqlı tədbir keçirildi

27.01.2023

27 yanvar 2023-cü il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında müəssisənin əməkdaşları, rəsm dərnək şagirdləri və Ağstafa rayon MKS-nin əməkdaşlarının iştirakı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq “Narkomaniyaya qarşı mübarizə sağlamlığa təminatdır” başlıqlı tədbir keçirilib. Tədbirdə Ağstaf RPŞ-nin əməkdaşı polkovnik-leytenant Müşviq Musaquliyev mövzu ilə bağlı məruzə ilə çıxış edərək, gənclərlə geniş maarifləndirici söhbətlər aparıb.

 Sonda mövzuya dair dərnək şagirdlərinin əl işlərinə baxış keçirilib.