Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev və mədəniyyət” mövzusunda dəyirmi masa keçirildi

27.01.2023

27 yanvar 2023-cü il tarixində Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə M.P. Vaqif və M.V. Vidadinin Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar "Heydər Əliyev və mədəniyyət" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən əməkdaşlar tərəfindən qeyd olunub ki, bütün qaynar fəaliyyəti dövrü Ulu Öndər həmişə xalqın mədəni dəyərlərini, milli sərvətlərini qorumaq üçün mübarizə apararaq vurğulayırdı ki, "Mədəniyyəti inkişaf etdirmək üçün milli ruhu yaşatmaq lazımdır"

Ümummilli Liderimiz zəngin mədəni irsimizin qorunmasını vacıb hesab edərək deyirdi: "Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm də bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır".