28.01.2023
28 yanvar 2023-cü il tarixində Qazax rayon M.P. Vaqif və M.V. Vidadinin Xatirə Muzeyində görkəmli maarifçi, pedaqoq, publisist, ədəbiyyatşünas alim Firidun bəy Köçərlinin anadan olmasının 160 illiyi ilə əlaqədar “Əbədi yaşarlıq ünvanı” adlı tədbir keçirilib.
Muzeyin direktoru Məhruzə Hüseynova tədbir iştirakçılarına Firidun bəy Köçərlinin ədəbi şəxsiyyətlər, bədii əsərlər, dərslik və tərcümələr haqqında, sülh və xalqlar dostluğu, qadın azadlığı, habelə məişət mövzularında onlarla maraqlı, aktual məqalələri ilə bağlı müxtəlif məlumatlar çatdırıb.