28.01.2023
28 yanvar 2023-cü il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi, onların mənəvi-estetik zövqünün formalaşması məqsədilə əyləncəli proqram və "Qırmızı papaq" tamaşası nümayiş olunub.
Rus yazıçısı Yevgeni Şvarsın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən, Ağstafa Gənclər evinin könüllülərinin rol aldığı tamaşanın quruluşçu rejissoru Oruc Mansırovdur.
Tamaşanın qayəsi insanları xeyirxahlığa, bir-birinə kömək etməyə, dostluqda sədaqət nümunəsi göstərməyə səsləməkdir.
Xatırladaq ki, "Qırmızı papaq" tamaşasının növbəti seansı 30 yanvar, saat 12:00-da Ağstafa Mədəniyyət Mərkəzində yenidən nümayiş olunacaq.