27.01.2023
Qazax rayon Mədəniyyət Mərkəzində uşaqların qış tətilində asudə vaxtının səmərəli təşkili məqsədilə "Cırtdan" tamaşası nümayiş olunur. Keçirilən tamaşanın məqsədi uşaqların ədəbiyyata, folklorumuza, xalq nağıllarımıza və mütaliəyə olan maraqlarını artırmaqdır.
Qeyd edək ki, Mədəniyyət Mərkəzində növbəti tamaşa yanvarın 30-da, saat 12:00-da uşaqlara təqdim olunacaq.