Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz Dövlət Rəsm Qalereyasında ”Unutmadıq, unutdurmarıq” adlı sərgi keçirildi

19.01.2023

19 yanvar 2023-cü il tarixində Tovuz Dövlət Rəsm Qalereyasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Unutmadıq, unutdurmarıq" adlı rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi keçirilib. Sərgidə dərnək üzvləri ilə yanaşı, qalereyanın əməkdaşları da iştirak edib. Qalereyanın bərpaçı rəssamı Toğrul Qasımov və ekskursiyaçı Xatirə Namazova 20 Yanvar faciəsi zamanı xalqımızın başına gətirilən müsibətlərdən danışıb. Sonra isə rəsm dərnəyinin üzvlərinin əl işlərinə baxış keçirilib.