18.01.2023
18 yanvar 2023-cü il tarixində Qazax rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar "Qanla yazılmış tarix" adlı tədbir təşkil edilib.
Mədəniyyət Mərkəzinin foyesində Qazax Dövlət Rəsm Qalereyasının və Mərkəzi Kitabxananın 20 Yanvara həsr olunmuş rəsm və kitab sərgisi nümayiş etdirilib. Tədbir iştirakçıları səgilərə baxış keçirib.
Tədbir 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Tədbirdə 20 Yanvar həqiqətlərini əks etdirən slayd və videoçarx, ədəbi-bədii kompozisiya nümayiş olunub. Şagirdlərin ifasında 20 Yanvara həsr olunmuş şeirlər səsləndirilib. Musiqiçilərin ifasında həzin musiqi nömrələri ifa olunub.