Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Dövlət Rəsm Qalereyasında ustad dərsi keçirildi

11.01.2023

11 yanvar 2023-cü il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında həmyerlimiz istedadlı rəssam, heykəltaraş Heydər Əhmədov tərəfindən rəsm dərnək şagirdlərinə ustad dərsi keçirilib. Rəssam dərnək üzvlərinə rəssamlıqdakı ədəbi cərəyanlar, onların nümayəndələri və onların yaradıcılıq texnikaları, əsərləri barədə məlumat verib. Rəssam həmçinin şəxsi yaradıcılıq təcrübələrini uşaqlarla bölüşərək öz tövsiyyələrini verib. Ustad dərsi rəsm dərnək şagirdləri tərəfindən maraqla qarşılanıb.