02.01.2023
Yanvarın 2-də Tovuz rayon Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzinin və Tovuz rayon MKS-nin əməkdaşları MİHİ-nin Tovuz rayon Komitəsinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə 44 günlük Vətən müharibəsində şəhid olmuş Yusibov Elbrus Şəmsi oğlu, Mahmudov Emin Pünhan oğlu, Nağıyev Pərviz Güloğlan oğlu və Məmmədov Elşən Əli oğlunun ailəsini ziyarət ediblər, şəhidlərin övladlarına bayram sovqatı hədiyyə ediblər.