27.12.2022
27 dekabr 2022-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin dəstəyi və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin övladları üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə bayram şənliyi təşkil edilib.
Tədbirə gələn Şaxta baba, Qar qız, şən Kloun və illuziyaçı Asif Zöhrabovun əyləncəli, şən və maraqlı çıxışları uşaqlarda yüksək əhval-ruhiyyə yaradıb.
Şəhid ailələri onların övladlarına göstərilən diqqət və qayğıya görə mədəniyyət işçilərinə öz minnətdarlıqlarını bildiriblər.
Sonda körpə fidanlara yeni il hədiyyələri paylanılıb.