Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mərkəzi Kitabxanasında 2022-ci ilin yekununa dair iclas keçirildi

29.12.2022

Dekabrın 29-da Ağstafa rayon Mərkəzi Kitabxanasında bu qurumun filiallarının rəhbərlərinin iştirakı ilə cari ilin yekununa həsr olunmuş iclas keçirilmişdir.

Tədbirdə kitabxananın direktoru Solmaz Nağıyeva çıxış edərək gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Direktor mövcud problemləri müzakirə edib və qarşıda duran məsələlərlə bağlı tapşırıqlar verib.

Sonda fəaliyyətində fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim olunub.