Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yeni il münasibətilə ”Zəfər ovqatlı Yeni il” adlı tədbir keçirildi

28.12.2022

28 dekabr 2022-ci il tarixində Ağstafa rayon Mərkəzi Kitabxanası, Tarix-Diyarşünaslıq Muzeyi və şəhər bir saylı Folklor evinin birgə təşkilatçılığı ilə Yeni il münasibətilə "Zəfər ovqatlı Yeni il" adlı tədbir keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, uşaqlar iştirak edib. 

Tədbiri giriş sözü Ağstafa rayon MKS- nin direktoru Solmaz Nağlyeva açaraq uşaqları və tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edərək, dünyada və ölkəmizdə daim sülhün və sabitliyin bərqərar olmasını və körpə fidanlarımıza işıqlı gələcək arzulayıb.

Yeni ilin əsas obrazı Şaxta baba tədbirə daha da rəng qatıb, uşaqları əyləndirib, onları bayram sovqatı ilə sevindirib.