29.12.2022
28-29 dekabr tarixlərində Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. İki gün davam edən bayram şənliyində 40 nəfər şəhid övladı və 35 nəfər fiziki sağlamlığı məhdud uşaqlar iştirak edib.
Bayram şənliyində orta məktəb şagirdləri və Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri maraqlı
kompozisiyalarla çıxış ediblər.
Tədbirdə nümayiş olunan Mili Qəhrəman Mübariz İbrahimov haqqında Azərbaycanın ilk cizgi-romanı uşaqların böyük marağına səbəb olub.
Tədbirdə ifa edilən mahnılar, milli və xarici rəqs nömrələri alqışlarla qarşılanıb. Şaxta baba və Qar qızın gəlişi isə şənliyi daha da canlandırıb, uşaqların sevincinə səbəb olub. Şən mahnılar, rəqslər, viktorinalar bayram şənliyinə xüsusi rəng qatıb.
Şənlikdə Şaxta baba hər bir uşağa Yeni il hədiyyələri verib. Balacalar xoş əhval-ruhiyyə ilə Yeni ilin gəlişini qeyd ediblər.