Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”İnsan alveri - Ümumbəşəri bəla” mövzusunda maarifləndirici tədbir keçirildi

23.12.2022

Dekabrın 23-də Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin əməkdaşları Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində şagirdlərə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar "İnsan alveri - Ümumbəşəri bəla" mövzusunda maarifləndirici tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin baş fond mühafizi Əminə Mirzəyeva belə tədbirlərin təşkilində əsas məqsədin ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışıb. Ə. Mirzəyeva bildirib ki, bu sahədə gənclərin məlumatlılığını artırmaq, mövcud risklərin qarşısını almaq, müəyyən olunmuş qaydalar, prosedur və şərtlərlə tanış etməkdir.

Əminə Mirzəyeva Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirildiyini diqqətə çatdıraraq, gənclərimizi hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq olmağa çağırıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.